Facebook Instagram YouTube

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “Leader in Me” təlimi baş tutdu!

Xəbərlər · 05.09.2026 XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “Leader in Me” təlimi baş tutdu!

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi 2021-ci ildən etibarən ABŞ-ın beynəlxalq nüfuza malik FranklinCovey şirkəti ilə əməkdaşlıq çərçivəsində “Leader in Me” proqramını təhsil mühitinə uğurla inteqrasiya edir.

Proqramın məktəb icmasında effektiv və davamlı tətbiqini təmin etmək məqsədilə əməkdaşların mütəmadi olaraq müxtəlif təlimlərdə iştirakı təşkil olunur. Bu istiqamətdə növbəti “Leader in Me” təlim sessiyası da uğurla təşkil olundu.

Təlim zamanı “Leader in Me” proqramının əsas yanaşmaları və liderlik prinsipləri nəzərdən keçirildi, onların təhsil prosesində tətbiqi ilə bağlı fikir və təcrübə mübadiləsi aparıldı. Sessiya iştirakçılara proqramın prinsiplərini gündəlik fəaliyyətlərində daha effektiv şəkildə tətbiq etmək üçün yeni yanaşmaları nəzərdən keçirmək imkanı yaratdı.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində davamlı öyrənmə və peşəkar inkişaf mədəniyyətinin formalaşdırılması təhsil prosesinin əsas istiqamətlərindən biri olaraq diqqətdə saxlanılır. İnanırıq ki, əməkdaşlarımızın davamlı inkişafına investisiya qoymaq şagirdlər üçün daha güclü öyrənmə mühiti yaratmağa və onların potensialını daha dolğun şəkildə üzə çıxarmağa imkan verir.

“Leader in Me” proqramı çərçivəsində həyata keçirilən bu cür təlimlər şagirdlərdə liderlik, məsuliyyət, əməkdaşlıq, təşəbbüskarlıq və özünüidarəetmə kimi bacarıqların inkişafını dəstəkləyən məktəb mədəniyyətinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın.

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.