Facebook Instagram YouTube

“Limonad Günü” layihəsi

Elanlar · 08.10.2026 “Limonad Günü” layihəsi

30 oktyabr 2026-cı il tarixində XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində şagirdlərimizin iştirakı ilə “Limonad Günü” layihəsi keçiriləcək!

Bu xüsusi gün ərzində şagirdlərimiz limonad hazırlamaq, stendlərini yaratmaq, məhsullarını təqdim etmək və satış prosesində iştirak etməklə sahibkarlığın əsas prinsiplərini praktiki şəkildə öyrənəcəklər. 

Layihə çərçivəsində uşaqlar:

  • sahibkarlıq və biznes düşüncəsini inkişaf etdirəcək;
  • komanda işi və əməkdaşlıq bacarıqlarını möhkəmləndirəcək;
  • yaradıcılıq və təşəbbüskarlıqlarını nümayiş etdirəcək;
  • maliyyə savadlılığı və satış haqqında praktiki təcrübə qazanacaq;
  • sosial məsuliyyət və yardımlaşmanın əhəmiyyətini öyrənəcəklər.

Şagirdlər öz kiçik iqtisadi sistemlərini quraraq istehsalçı, satıcı və istehlakçı rollarında çıxış edəcəklər. Layihədən əldə olunan gəlir isə xeyriyyə məqsədlərinə yönəldiləcək.

30 oktyabr — öyrənirik, yaradırıq, satırıq və paylaşırıq!

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın.

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.