AZ RU EN
Facebook Instagram YouTube

Valideynin səsi

Sizin fikirləriniz, təklif və iradlarınız bizim üçün olduqca önəmlidir. İstənilən valideyn müraciətini dərindən araşdırmağa və məsələlərin ən optimal həllini tapmağa çalışırıq. Sizi dinləməyə hər zaman hazırıq!

Məlumunuz olduğu kimi il ərzində ehtiyaca uyğun şəkildə bir neçə dəfə müxtəlif sorğular təşkil etməyə çalışırıq. Bu, sizlərlə daha güclü kommunikasiya qurmağa, həmçinin istək və təkliflərinizdən daha operativ formada xəbərdar olmağa kömək edir. Daha öncə tərtib etdiyimiz sorğuların nəticəsi ilə aşağıda tanış ola bilərsiniz.

2001 — 2026

25 il birlikdə, xoşbəxt gələcəyə gedən yolda.

2001-ci ildə qurulan XXI Əsr Məktəbi ötən 25 il ərzində minlərlə şagirdin inkişaf yoluna şahidlik edib. Bu illər ərzində məktəb yalnız təhsil verən bir məkan deyil, dəyərlər formalaşdıran, şəxsiyyət yetişdirən və gələcəyə inam aşılayan bir icma olub.

Beynəlxalq proqramlara əsaslanan təhsil yanaşması, təhlükəsiz və dəstəkləyici mühit, müəllim və valideyn əməkdaşlığı ilə qurulan məktəb mədəniyyəti bu yolun əsas dayaqlarıdır.

25 il təcrübə
100% universitetə qəbul
70% xarici universitetlərə qəbul

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın.

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.