AZ RU EN
Facebook Instagram YouTube

Xoş gəlmisiniz!

Öncəliklə, Mərkəzimizin veb-saytına daxil olduğunuz üçün təşəkkür edirəm.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi ölkənin ilk özəl məktəblərindən biri kimi 2001-ci ildən bəri fəaliyyət göstərir. Hazırda Mərkəzin nəzdində tam orta məktəb və məktəbəqədər hazırlıq mərkəzi fəaliyyət göstərir. Hər iki müəssisədə tədris milli və tanınmış beynəlxalq proqramlar əsasında 3 dildə aparılır.

Mərkəzimizdə şagirdlərə 21-ci əsrdə uğur əldə etmək üçün tələb olunan əsas bilik və bacarıqları qazandırmağı, eləcə də onların həyatları boyunca məzunu olmaqdan qürur duyacaqları məktəb olmağı qarşımıza məqsəd qoymuşuq.  

Əsas missiyamız sürətlə dəyişən dünyada baş verən dəyişikliklərlə uyğunlaşan, 21-ci əsr bacarıqlarına yiyələnən, cəmiyyətə töhfə verən, ətraf mühitə və fərqliliklərə hörmət göstərən gənclər yetişdirməkdir.

Mənimsədiyimiz təhsil modeli və infrastruktur  qarşıya qoyulmuş məqsəd və missiyamıza uyğun olaraq formalaşdırılmışdır. Belə ki, şagirdlərimizin fərdi xüsusiyyətlərini nəzərə alan, onların hərtərəfli inkişafına, potensiallarından tam istifadə etməsinə, məktəb yaşlarından maraq və bacarıqlarına uyğun ixtisaslara yönəlməsinə şərait yaradan və nəticədə, gələcəyin uğurlu və xoşbəxt fərdləri kimi yetişməsinə dəstək olan təhsil mühiti bizi fərqləndirən başlıca amillərdəndir.

Eyni zamanda, Mərkəz olaraq şagirdlərimizin ali dəyərlərə sahib fərdlər kimi və ilk növbədə yaşadıqları cəmiyyətə və bəşəriyyətə töhfə verəcək ruhda böyüməsi əsas amalımızdır.

Ümid edirəm ki, Mərkəzin veb-saytında övladınızın təhsili üçün sizi maraqlandıran suallara cavab tapacaq və məktəb seçimi ilə bağlı faydalı məlumatlar əldə edəcəksiniz.

2001 — 2026

25 il birlikdə, xoşbəxt gələcəyə gedən yolda.

2001-ci ildə qurulan XXI Əsr Məktəbi ötən 25 il ərzində minlərlə şagirdin inkişaf yoluna şahidlik edib. Bu illər ərzində məktəb yalnız təhsil verən bir məkan deyil, dəyərlər formalaşdıran, şəxsiyyət yetişdirən və gələcəyə inam aşılayan bir icma olub.

Beynəlxalq proqramlara əsaslanan təhsil yanaşması, təhlükəsiz və dəstəkləyici mühit, müəllim və valideyn əməkdaşlığı ilə qurulan məktəb mədəniyyəti bu yolun əsas dayaqlarıdır.

25 il təcrübə
100% universitetə qəbul
70% xarici universitetlərə qəbul

Övladınızın uğurlu gələcəyi üçün ilk addımı bu gün atın

Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.